Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

.

Polşada Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub.

AMEA-nın yaydığı xəbərə görə, kitab Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.

“Azərbaycan ədəbiyyatı” seriyasından “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri” adlı kitab AMEA Ədəbiyyat İnstitutu və Polşa EA-nın Ədəbi Araşdırmalar İnstitutunun birgə əməkdaşlığının nəticəsidir.

Kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

İndiyədək bu ölkədə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi, musiqisi, memarlığı, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarından 29 adda kitab nəşr olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG