Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:53

Rusiyanın ödəmə balansına 200 milyard dollar ziyan dəyib


Vladimir Putin və Anton Siluanov
Vladimir Putin və Anton Siluanov

“Neftin qiymətinin düşməsi və üzləşdiyimiz sanksiyalar Rusiya iqtisadiyyatı üçün xarici şərtlərin kəskin dəyişməsi deməkdir.

Buuxarici şoklardan (yəqin ki, bunu başqa cür adlandırmaq olmaz) ödəmə balansına dəyən ziyan təxminən 200 milyard ABŞ dollardır”.

Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 28-də Federasiya Şurasının iclasında çıxış edərkən deyib.

Siluanov deyib ki, bu ilk növbətə neftin düşməsi ilə bağlıdır.

Nəticədə ölkəyə az valyuta gəlir vəbütün ekspertlər etiraf edir ki,bu uzunmüddətli xarakter daşıyır.

Çünki 2008 və 2009-cu illərdə olduğu kimi neftin qiymətintə sürətli artım baş verməyəcək.

Nazir bildirib ki, baş nazir Dimitry Medvedev ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün təcili tədbirlər qəbul edib və bura hökumətin yaxın gələcəkdə görməli olduğu təcili addımlar daxildir.

Siluanov bu palnın qəbulundan dərhal sonra, müvafiq sənəflərin hazırlanması və bu tədbirlərin həyəta keçirilməsi istiqamətində qızğın iş getdiyini deyir.

Rusiyanın baş naziri Dmitry Medvedev yanvarın 27-də Rusiya üçün antiböhran planı imzalayıb.

QərbinUkrayna böhranına görə Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və neftin qiymətinin kəskin düşməsi, əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

2014-cü ildə Rusya iqtisadiyyatının 4-5 faiz azalacağı gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG