Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Amnesty İnternational NİDA-çıları azad etməyə çağırıb


Məmməd Əzizov
Məmməd Əzizov

“NİDA Vətəndaş Hərəkatının 2 üzvü - Zaur Qurbanlı və Üzeyir Məmmədli dekabrın 29-da, Şahin Novruzlu və Bəxtiyar Quliyev isə 2014-ci il oktyabrın 18-də prezidentə müraciətdən sonra azadlığa buraxılıblar.

Qalan 5 üzvü isə hələ də həbsdədir”,

Amnesty İnternational təşkilatının bəyanatında belə deyilir.

Təşkilat Azərbaycan hakimiyyətinifikir azadlığına görə həbs olunan Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, İlkin Rüstəmzadə və Ömər Məmmədovu dərhal azad etməyə, ifadə, sərbəs birləşmək və toplaşmaq azadlığına hörmət etməyə çağırır.

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 2013-cü ilin martında keçirilən etiraz aksiyalarında iştiraka görə 2014-cü il mayın 6-da kütləvi iğtişaşlara hazırlaşmaq,qanunsuz partlayıcı maddə və narkotik maaddələr saxlamaq və xuliqanlıqda təqsiri bilinərək 6 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.

Amnesty İnternational təşkilatı onları “vicdan məhbusu” elan edib.

Bundan sonra NİDA-çı gənclər prezidentə müraciət edib və onlardan 4-ü azad edilib.

XS
SM
MD
LG