Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Lavrov Ukraynaya NATO-dan kənar durmağı xəbərdarlıq edib


Sergei Lavrov
Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov yenidən Ukraynaya NATO-dan kənar durmağı xəbərdarlıq edib.

Nazirliyin saytında gedən məlumatda Lavrov deyir ki, Ukraynada növbəti parçalanmanın qarşısını almaq üçün onun bloklara qoşulmama statusunda qalması çox mühümdür.

Ukrayna ötən ay bloklara qoşulmamaya dair müqavilədən rəsmi şəkildə çıxdığını elan edib.

Bu qanun 2010-cu ildə keçmiş prezident Viktor Yanukovychin dövründə qəbul edilmişdi.

Kiyevlə NATO Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə ittiham edirlər.

Ukrayna prezidenti Petro Poroshenko ötən ay ölkəsinin yaxın 5-6 ildə NATO-ya qoşulmaq və bununla bağlı referendum keçirmək niyyətində olduğunu bəyan edib.

XS
SM
MD
LG