Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

Nikita Mikhalkov Qarabağa köçürülən ermənilərdən serial çəkəcək


Rejissor Nikita Mikhalkov

Rejissor Nikita Mikhalkov

.

Rejissor Nikita Mikhalkov yenə Rusiya mediasının gündəminə gəlib.

O, hələ 1985-ci ildə yazdığı, amma Azərbaycanda Qarabağ olayları başlandığından indiyədək gerçəkləşdirə bilmədiyi bir ssenari əsasında teleserial çəkəcək.

Yeni serial 12-15 bölümdən ibarət olacaq.

Aleksandr Adabashian, Yuri Loshits və İrakli Kvirikadzenin də qatıldığı yaradıcı heyət çoxseriyalı filmin uğur qazanacağına əmindir.

“Komsomolskaya Pravda” qəzetinə müsahibəsində N. Mikhalkov üz tutduğu mövzunun aktuallığına diqqət çəkərək deyib:

“Məncə, çox parlaq ssenaridir. Qriboyedovun həyatı da, faciəli sonu da tarixi baxımdan ağlagəlməz sirr və tapıntılarla doludur. Üstəlik, son dərəcə aktualdır, axı sübut etmişik ki, Qriboyedovun qətli müsəlman qaraguruhçuların işi deyil, bunu ingilislər planlayıbmış. Niyəsi də odur ki, Rusiya səfiri Qriboyedov İpək Yolunda əngələ çevrilibmiş”.

O, daha sonra sözlərinə belə davam edib: “O vaxt Qarabağa görə filmi çəkə bilmədik. Müharibə başladığından çəkilişlər, sadəcə, mümkün deyildi.

Qriboyedov Qarabağa erməni ailələrini yerləşdirmişdi: İrandan 40 min erməni əsirini çıxarıb oraya aparmışdı”.

N. Mihalkovun sözlərinə görə, ssenaridə iki tarixçinin disserasiyalarından da yararlanıblar.

Hazırlıq işləri bitəndən sonra teleserialın çəkilişləri başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG