Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

ABŞ Ukraynaya 2 milyard dollar yardım verir


 Jack Lew
Jack Lew

Birləşmiş Ştatlar Ukraynaya 2 milyard dollar məbləğində kredit verəcək.

Razılşama yanvarın 28-də Kiyevdə imzalanıb.

Bu vəsait əsasən sosial xərclərə sərf ediləcək.

Həmçinin Avropa Birliyi bu ay Ukrayna iqtisadiyyatına dəstək üçün 1,8 milyard avro ayrılacağını vəd edib.

Birləşmiş Ştatların maliyyə naziri Cak Lyu imza mərasimindən sonra deyib ki, lazım gəlsə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları kəskinləşdirə bilər.

ABŞ prezidenti Barack Obama ilə Almaniyanın kansleri Angela Merkel yanvarın 27-də telefonla Ukraynaya maliyyə yardımı paketinin başa çatdırılmasının vacibliyini müzakirə ediblər.

Liderlər həmçinin bildiriblər ki, Rusiya Ukraynanın şərqindəki separatçıları dəstklədiyinə və sülh sazişinə əməl etmədiyinə görə, məsuliyyətə cəlb olunmalıdır.

Avropa Birliyi liderləri yanvarın 27-də xarici işlər nazirlərini Rusiyaya qarşı yeni mümkün sanksiyalara baxmağa çağırıblar.

XS
SM
MD
LG