Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

Vaqif Səmədoğlu vəfat etdi- [Video]


-

AYB-dən AzadlıqRadiosuna verilən xəbərə görə, tanınmış şair Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində doğulub.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında təhsil alıb.

P. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib.

Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi .

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri, Azərbaycan Sovet Ensiklopediyasında redaksiya müdiri, “Oğuz eli” qəzetində baş redaktor çalışıb.

Poeziya, teatr və dramaturgiya sahəsində fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub.

Vaqif Səmədoğlu bir neçə şeir kitabının müəllifidir.

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000, 2005).

AYB-nin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanıln Xalq şairidir.

“Şərəf” və “İsiqlal” ordeninə layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG