Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Facebook Məhəmməd peyğəmbərə görə tənqid olunur


Arxiv fotosu
Arxiv fotosu

-

İki həftə öncə Facebook-un yaradıcısı Mark Zuckerberg azad sözün əhəmiyyətinə dair güclü bir "Mən Çarliyəm" bəyanatı verdi. Ancaq indi Facebook Türkiyədə Məhəmməd Peyğəmbərin şəkillərinin senzurasına razılaşıb. Charlie Hebdo jurnalına da məhz həmin şəklə görə hücum olmuşdu. Bunu Washington Post-da Caitlin Dewey yazır.

VƏD VERMƏK YAXŞIDIR, AMMA...

"Bu, yəqin ki, onlayn ifadə məsələlərinin necə mürəkkəb olduğunu göstərir. Bu, həm də tənqidçilərin Zuckerberg-in azad söz deklarasiyasına dair dediklərini sübuta yetirir: Vədlər çox yaxşı səslənir, ancaq facebook bunun arxasında tam durmur," müəllif yazır.

Dekabrda Facebook Rusiyada Putinin aparıcı tənqidçisi Alexei Navalny-nin səhifəsini senzura edib. Suriya və Çində dissidentlərlə bağlı səhifələri bağlayıb. Tibet Beynəlxalq Kampaniyası Facebook senzurasına qarşı petisiya hazırlayıb və ona 20 min imza atılıb.

ƏN ZƏHLƏTÖKƏN YER

Ankarada məhkəmə qərar çıxarandan sonra Facebook "Məhəmməd Peyğəmbəri təhqir edən" səhifələri bloklayıb. Səhifələrin sayı açıqlanmır. Türkiyədə həmin səhifələrə giriş artıq mümkün deyil. Öncə də Twitter və YouTube Türkiyədə qısa müddətə bağlanmışdı.

Müəllif yazır ki, Türkiyə Facebook üçün senzura baxımından ən zəhlətökən ərazilərdəndir. Bu ölkənin ABŞ-ın texnologiya şirkətləri üçün böyük potensial auditoriyası var, əhalisi artır, özəlliklə də gənc rəqəmsal nəsil var, iqtisadiyyatı sürətlə dəyişir.

Ancaq Facebook-un ötən ilin ilk ayı üzrə şəffaflıq hesabatına görə, Türkiyə fb-dən 1.893 materialın yığışdırılmasını istəyib. Xahişlərdən çoxu Mustafa Kemal Ataturk və ya dövlət başçısı, prezidentin tənqidi ilə bağlı olub.

AZAD SÖZÜN SƏRHƏDİ

Bu, ən azı ikiüzlülük kimi görünür...

"Facebook qlobal şirkətdir və əlbəttə ki, hər bir ölkənin qanunlarına əməl etməlidir... Ancaq Facebook özünü siyasi nitqin müqəddəs qoruyucusu kimi göstərdiyi bir vaxtda belə bir addım atırsa, onda necə? Bu, ən azı ikiüzlülük kimi görünür," müəllif yazır.

"Mən sizin zorakılıq qorxusu olmadan azad danışa bildiyiniz bir şəbəkə qurmuşam," Zuckerberg Hebdo bəyanatında deyirdi.

"Ancaq o, cümləyə kiçik əlavə etməyi unudub: "... nə qədər ki, dediyiniz ölkənizdə senzura qaydalarına uyğun gəlir və ölkəniz bizdən bunu yığışdırmağı istəmir"," müəllif yazını belə tamamlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG