Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:05

Obama Merkellə Ukraynanı müzakirə edir


Arxiv foto
Arxiv foto

-

ABŞ prezidenti Barack Obama və Almaniyanın kansleri Angela Merkel Ukraynanın şərqində "zorakılığın ciddi artmasını" müzakirə ediblər. Ağ Evin məlumatına görə, liderlər yanvarın 27-də telefonla, Obama Hindistan və Səudiyyə Ərəbistanına səfərdən Birləşmiş Ştatlara qayıdarkən danışıblar.

Obama və Merkel razılaşıblar ki, Rusiya separatçılara verdiyi dəstək və sülh razılaşması öhdəliklərini yerinə yetirmədiyinə görə məsul tutulmalıdır. Onlar Ukraynaya maliyyə dəstəyi paketini yekunlaşdırmağın vacibliyini də götür-qoy ediblər.

Son bir neçə həftədə separatçılar Rusiya sərhədi boyunca yeni hücumlara keçiblər. Yanvarın 27-də tezdən Avropa Birliyi liderləri xarici işlər nazirlərindən xahiş ediblər ki, yaraqlıların hücumuna cavab olaraq Rusiyaya yeni sanksiyaları nəzərdən keçirsinlər. Bu barədə son qərar gələn aykı sammitdə veriləcək.

XS
SM
MD
LG