Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:52

Həmsədrlər Elmar Məmmədyarovla görüşüb


Foto arxiv
Foto arxiv

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsdərləri yanvarın 27-da Krakovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Görüşdə həmsədrlər Igor Popov, James Warlick və Pierre Andrieu ilə yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi r Andrzej Kasprzyk də iştirak edib.

Həmsədrlər son vaxtlar Azərbaycan-Ermənistan sərhəddi və qoşunların Dağlıq Qarabağdakı təmas xəttində atəşkəsin pozulması və itkilərdən dərin narahatlıq bildiriblər.

baş verənl atışma və itkilərdən narahat olduqlarını bildiriblər.

Həmsədrlər bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq vəinamı bərpa etmək üçün ötən ay başlanan zorakılıqlar dayandırılmalıdır:

“Biz Azərbaycanı münaqişənin dinc yolla həllində üzərinə götürdüyü öhtəliklərə əməl etməyə çağırdıq.

Biz həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün mümkün imkanlara əl atmağa çağırırıq.

Tərəflər atəşkəsin bütün şərtlərinə əməl etməlidir.Zorakılıq sülh cəhdlərini pozur”.

Həmsədlərin sözlərinə görə onlar, Elmar Məmmədyarovla davamlı sülhə nail olmaq üçün hərtərəfli danışıqlar da daxil olmaqla sülh prosesi çərçivəsində mümküngələcək addımları müzakirə ediblər.

.Həmsədlər yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri Edward Nalbandianla görüşməy və regiona getmək fikrindədirlər

Minsk Qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG