Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

ATƏT sədri,qoşunların təmas xəttində baş verənlərdən narahatlıq bildirib


Ivica Dacic

Ivica Dacic

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic Azərbaycan-Ermənistan sərhədi və Dağlıq Qarabağda baş verən son hadisələrdən narahatlıq bildirib.

ATƏT-in rəsmi saytında gedən məlumatda Dacic tərəfləri 1994-cü ildə imzalanmış atəşkəsə əməl etməyə və hərbi qarşıdurmanı dayandırmağa çağırıb:

“İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənir, tərəfləri məsuliyyət nümayiş etdirməyə və gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.

İvica Dacic qeyd edib ki, münaqişənin həlli üçün təkcə prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq lazımdır.

O həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəklədiyini bildirib.

O tərəfləri tərəfləriATƏT-in vasitəçili çərçivəsində yekun və dinc həll üçün qəti addımlar atmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG