Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Ukrayna Rusiyanı təcavüzkar dövlət adlandıran bəyanat qəbul edib


Ukrayna parlamenti

Ukrayna parlamenti

Ukrayna parlamenti Rusiyanı “təcavüzkar dövlət” adlandıran bəyanat qəbul edib.

Ali rada həmçinin yanvarın 27-də ölkənin şərqindəki rusiyapərəst separatçı “Donetsk və Luhansk xalq respublikaları”nın terrorçu təşkilatlar hesab olunması, Ukraynaya hərbi yardım edilməsi və Rusiyaya qarşı kəskin sanksiyalar tədbiq edilməsi üçün beynəlxalq aləmə müraciət olunması ilə bağlı sənəd qəbul edib.

Radikal partiyasının lideri Oleh Lyashko bildirib ki, Rusiyanın təcavüzkar dövlət kimi tatınmasının BMT-nin qətnamələrinə əsasən aqibətləri olacaq.

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin isə Ukrayna parlamentinin bu addımını məsuliyyətsiz və düşünülməmiş hərəkət adlandırıb.

O qeyd edib ki, məqsəd Ukraynanın şərqindəki münaqişənin həlli yönündə göstərilən cəhdləri pozmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG