Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

.

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə proses keçirilib.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Günay İsmayılova məlumat verib.

Prosesdə zərəçəkənlər dindirilib. Onlardan Nicat İmranov zərərçəkən statusunun üzərindən götürülməsi ilə bağlı vəsatət qaldırıb və bildirb ki, Rəsul Cəfərova qarşı heç bir iddiası yoxdur. Hakim bu vəsatəti təmin etməyib.

Daha sonra vəkil Fariz Namazlı Rəsul Cəfərovun ev dustaqlığına buraxılması və digər bir neçə vəsatətlə çıxış edib. Hakim bu vəsatətləri də təmin etməyib.

Sonra prokuror ittihamnaməni oxuyub. Məlum olub ki, istintaq Rəsul Cəfərovu 150 636 manatı mənimsəməkdə və 6257 manat həcmində vergini ödəməməkdə ittiham edib.

R.Cəfərov deyib ki, ittihamın mahiyyəti ona aydın deyil. O xahiş edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq ittihamlarının nəyə əsaslandığına aydınlıq gətirilsin.

Rəsu Cəfərov həmçinin çıxışında bildirib ki, özünü günahkar saymır.

Növbəti məhkəmə iclası fevralın 10-na təyin edilib.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

Amnesty İnternational təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG