Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

Medianın icarə problemi…


Baş redaktor Şahbaz Xuduoğlu təklif olunan icarə qiymətlərinin baha olduğunu deyir

Baş redaktor Şahbaz Xuduoğlu təklif olunan icarə qiymətlərinin baha olduğunu deyir

«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirir ki, onlara təklif olunan icra qiyməti- bir milyon yarım yeni manat çox bahadır. Jurnal bu məbləğin heç beşdən birini də vermək gücündə deyil. Şahbaz Xuduoğluna görə, əslində onların fəaliyyət göstərdiyi 800 kv. metrlik yerin dövlət qiyməti 30 min yeni manatdan artıq deyil. Üç ay əvvəl jurnala edilən xəbərdarlıq müddətinin noyabrın 11-də başa çatacağını bildirən baş redaktora görə, məsələ ondadır ki, hazırda yerləşdikləri yer heç jurnala da təklif edilməyib: «10 ilə yaxındır burada otururuq, hər ay biz bura icarə haqqı ödəmişik o, ümidlə ki, nə zamansa bu yer bizim olacaq. Amma, indi imkanlı adamlar, pullu adamlar qapazlayıb əlimizdən alırlar. Bəs biz nə etməliyik...»


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov isə deyir ki, onlar icarədarların heç birinə fərq qoymurlar. İcarə haqqı ödəyə bilməyənlərin hamısına xəbərdarlıq edilib.


«Bizə elə qiymətlər deyirlər ki, o qiymətə həmin yerləri yalnız hündür mərtəbəli binalar tikən şəxslər və ya məmurlar ala bilərlər. Hər halda Azərbaycanda milyon yarım verib 800 və ya 1000 kv. metrlik yeri özəlləşdirmək imkanına malik media orqanı yoxdur»

Sadəcə, həmin icarədarların içərisində olan qəzet və jurnallar bu məsələni qabartmağa başlayıblar: «Təkcə bu il ərzində 1200 icarəçiyə xəbərdarlıq məktubu göndərilib, 600-dən çox icarəçi haqqında isə İqtisad Məhkəməsində iddia qaldırılıb. Biz öz işimizi görürük, dövlət əmlakından səmərəsiz istifadənin qarşısını alırıq».


Qulu Xəlilova görə, media orqanı olmasından asılı olmayaraq əgər istənilən icarəçi özəlləşmə üçün tələb olunan məbləği ödəyə bilməsə o, indiyə qədər fəaliyyət göstərdiyi yerindən çıxarılacaq və həmin yer başqa icarəçiyə veriləcək.


«Qanun» jurnalının baş redaktoru cənab Xuduoğlu bildirir ki, icarə haqqını ödəyiblər və ərazi özəlləşdirilərkən icarəçi kimi onların üstün hüquqları təmin edilməlidir. Şahbaz Xuduoğlu hesab edir ki, ümumiyyətlə mətbuatla bağlı məsələdə daha çox yüngülləşdirici hallar tətbiq olunmalıdır. Amma, bunun əksinə olaraq elə şərtlər irəli sürülür ki, media orqanının öz yerindən imtina etməkdən başqa bir əlacı qalmır. Dəfələrlə müraciət etmələrinə baxmayaraq 1997-ci ildən bəri fəaliyyət göstərdikləri yerin əvəzinə onlara alternativ yer də təklif olunmur. Baş redaktor deyir ki, keçmiş sovet respublikalarının əksəriyyətində bu məsələ medianın xeyrinə həll edilib. «Bizə elə qiymətlər deyirlər ki, o qiymətə həmin yerləri yalnız hündür mərtəbəli binalar tikən şəxslər və ya məmurlar ala bilərlər. Hər halda Azərbaycanda milyon yarım verib 800 və ya 1000 kv. metrlik yeri özəlləşdirmək imkanına malik media orqanı yoxdur».


«Hüquqi Dövlət» Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışova görə, bütün hallarda qiymətləndirmə bazar qiymətlərilə aparılmalıdır. Əgər hansısa icarəçi bununla razılaşmırsa o, məhkəməyə müraciət edib, bu məsələni məhkəmə yolu ilə araşdıra bilər: «Pulum yoxdursa, almıramsa, icarəni davam etdirirəmsə bu artıq mübahisəli bir məsələdir». Özəlləşdirməyə çıxarılan yerlərin mediaya bağışlanması məsələsinə gəlincə Müzəffər Baxışov deyir ki, belə bir prosedur yalnız yeni bir qanunun qəbul edilməsindən sonra mümkün ola bilər.


Burda qiymətlərin həddindən artıq şişirdildiyi barədə məlumatlar da var. Məsələn, Müzəffər Baxışov deyir ki, məqsəd odur ki, media həmin təklifdən imtina etsin. «Qanun» jurnalı ilə bağlı vəziyyətin eynilə belə olduğunu iddia edən hüquqşünasa görə, jurnal redaksiyası şəhərin ən yaxşı yerində yerləşdiyindən məmurlar özləri həmin ərazini almaq istəyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG