Rusiyanın baş naziri Dimitri Medvedev beynəlxalq agentliyin Rusiyanın kredit reytinqini zibil səviyyəsinə endirmsinin siyasi motivli olduğunu deyir.
O belə bir bəyanatla Standard & Poor's (S&P) agentliyinin hesabatından sonra çıxış edib.
Medvedev bu reytinqlərin açıq-aydın siyasi alət olduğunu bildirib.
S&P beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsinə salıb. Bu səviyyəyə "zibil" də deyirlər.
Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar.
Sonuncu dəfə Rusiyanın reytinqi bu səviyyədə 2004-cü ildə olub.
Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi vəziyyət pisləşib. Son 1 ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.