Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

-

Yanvarın 26-da həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus Respublika Diaqnostika Mərkəzində müayinə olunub, laboratar analizlər üçün ondan qan nümunələri götürülüb. Penitensiar Xidmətin yaydığı məlumata görə, onun müayinəsi alman həkim başda olmaqla beynəlxalq həkim qrurpu həyata keçirib.

Məlumatda bildirilir ki, xidmət Leyla Yunusun səhhəti ilə bağlı yayılan şaiyələrə son qoymaq üçün həkim qurupunun onu müayinə etməsinə razılıq verib.

Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb.

Məlumatda müayinənin nəticələri haqda məlumat verilmir.

Ötən il dekabrında da Leya Yunus xarici həkimlərin müayinəsindən keçirilmişdi. Bundan sonra hüquq müdafiəçisi mətbuata göndərdiyi məlumatda bildirirdi ki, müayinə zamanı nəzarətçilər alman həkimin gözü qarşısında onu təhqir ediblər.

Hüquq müdafiəçisi Leyla Yunus ötən il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir.

Leyla Yunus bir neçə dəfə mətbuat vasitəsi ilə məktub yayaraq, təcridxanada təzyiq, təqib və təhqirlərlə üzləşdiyini bildirib. O, həmçinin səhhətinin ağırlaşdığını, norma müayinə olunmadığını bildirib.

Penitensiar Xidmət isə bütün ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG