Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Avropa liderləri Rusiyaya qarşı yeni sanksiyalara çağırıblar


Foto arxiv
Foto arxiv

Avropa Birliyi ölkələrinin liderləri xarici işlər nazirlərini Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə görə, yeni sanksiyalar da daxil olmaqla Rusiyaya qarşı cavab tədbirləri görməyə çağırıblar.

Yanvarın 29-da Beüsseldə xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

Avropa liderləri həmçinin Rusiyanı separatçıların hərəkətini pisləməyə və ötən ilin sentyabrında Minskdə əldə olunmuş atəşkəsi həyata keçirməyə çağırırlar.

Liderlər həmçinin yanvarın 24-də Mariupolda 30 dinc sakinin ölümünü kəskin pisləyib.

BMT-nin məlumatına görə, həmin raket separatçıların nəzarətində olan ərazidən atılıb.

Avropa Birliyi ölkələri indiyədək Krımın işğalı və Ukrayna böhranına görə Rusiyaya qarşı bir sıra iqtisadi və siyasi sanksiyalar tətbiq ediblər.

Rusiya isəhərbi əməliyyatların kəskinləşməsinə görə, Kiyevi günahlandırır.

Kremlin məlumatına görə, prezident Vladimir Putin yanvarın 26-da Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande ilə danışıb.

Və bölgədə vəziyyətin gərginləşməsinə görə, Kiyevi günahlandırıb.

Putinin sözlərinə görə o yanvarın 15-də ağır silahların cəbhə xəttindən çıxarılması ilə bağlı Ukrayna prezidenti Petro Poroshenkoya məktub göndərib, amma heç bir cavab almayıb.

Qərb ölkələri isə hesab edir ki, Moskva bununla daha çox ərazini zəbt etmək və Minsk razılaşmasından qaçmaq istəyir.

XS
SM
MD
LG