Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Auschwitz düşərgəsinin azad olunmasının 70 illiyidir


Keçmiş Auschwitz-Birkenau ölüm düşərgəsi. Muzey fotosu

Keçmiş Auschwitz-Birkenau ölüm düşərgəsi. Muzey fotosu

-

Yanvarın 27-də Polşada Auschwitz (Osventsim) nasist ölüm düşərgəsindən məhbusların azad olunmasının 70 illiyi qeyd olunur.

Qızıl Ordu əsgərlərinin azad etdiyi məhbuslardan sağ qalanlar tədbirə qatılacaqlar. Onların sayı yüzlərlədir. Mərasimə xarici dövlət təmsilçilərinin də gələcəyi gözlənir.

Almaniyanın kansleri Angela Merkel yanvarın 26-da Berlində Holocaust qırğınından salamat çıxan bir qrup qarşısında çıxış edib, deyib ki, Almaniyada yəhudilərin təhqir, hədə və zorakılıqla üzləşməsi "üzqarası"dır.

Merkel deyib ki, Auschwitz insanların bir-birinə nə edə biləcəyinə bir "xəbərdarlıq"dır. Onun sözlərinə görə, sinaqoqların və yəhudi təşkilatlarının polis tərəfindən qorunması "ölkəmizə bir ləkədir".

Günün bütün mövzuları

XS
SM
MD
LG