Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Sarkisian Azərbaycana "qabaqlayıcı" zərbədən danışır- YENİLƏNİB


Azərbaycanın keçirdiyi hərbi təlimlər

Azərbaycanın keçirdiyi hərbi təlimlər

-

Ermənistan prezidenti Serzh Sarkisian deyir ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsində istənilən hala hazırdır. O, Azərbaycana xəbərdarlıq edib ki, istənilən hərbi hədəyə "asimmetrik" cavab verəcək.

Sarkisisan yanvarın 26-da Ermənistan Silahlı Qüvvələrinin 23-cü ildönümünə həsr olunmuş mərasimdə danışıb, Dağlıq Qarabağ münaqişəsində son vaxtlar zorakılığın artmasına toxunub.

Ermənistan prezidentinin sözlərinə görə, ölkəsi danışıqlara və "inam körpüləri"nin qurulmasına hazırdır. Ancaq əlavə edib ki, sərhəd boyunca indiki gərginlik artsa, "qızmış başlar sürprizlərlə qarşılaşa bilər".

Sarkisian deyir ki, Ermənistan sərhədi boyunca təhlükənin artdığını görərsə, "qabaqlayıcı hücumlar həyata keçirmək haqqımızı saxlayırıq".

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin bu işğalı pisləyən, qüvvələrin geri çəkilməsini tələb edən qətnamələri yerinə yetirilməmiş qalıb.

Tərəflər bir-birini 1994-cü il atəşkəs sazişini pozmaqda ittiham edir. Azərbaycanın Müdafiə Nazirliyi yanvarın 26-da bildirib ki, Ermənistan əsgərləri atəşkəsi son 24 saat ərzində 124 dəfə pozub.

MN BƏYANAT VERDİ

Ermənistan prezidenti Serj Sarkisian-ın Ermənistan Silahlı Qüvvələrindəki ağır itkiləri etiraf etməsi onun hələ də reallıq hissini tam itirməməsi təsəvvürü yaratmaqla yanaşı, Azərbaycan tərəfindən çəkindiyini də açıq-aydın göstərir. Bu barədə APA-nın Ermənistan prezidenti Serj Sarkisian-ın Azərbaycanı hərbi əməliyyatlarla təhdid etməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bu ilin yanvarında işğalçıların təxribatlarının qarşısının alınması zamanı keçirdiyi cavab tədbirləri hərbi cəhətdən məhvedici, tutarlı olmaqla bərabər, Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, qələbə əzmini, silahının gücünü və təsirini bir daha sübut edir.

«İşğal olunmuş ərazilərimizin tam azad edilməsi üçün Silahlı Qüvvələrimiz istənilən hərbi qüvvəni taktiki və operativ cəhətdən daha zəruri istiqamətdə cəmləşdirmək, yerləşdirmək, hərəkət və istifadə etmək səlahiyyətində olduğundan düşmən dövlətin bu məsələyə hər hansı münasibət bildirməsi tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilir», - deyə Müdafiə Nazirliyi bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, «hələ də boş xəyallarla, başıdumanlı xatirələrlə yaşayan Ermənistan hərbi-siyasi rəhbərliyi bugünkü reallıqla, Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri ilə barışaraq anlamalıdır ki, işğalçıların məhv olmaq təhlükəsi onları hər yerdə gözləyir».

«Ermənistanın prezidenti Serj Sarkisianın Azərbaycanın ünvanına hədə-qorxu dolu, məsuliyyətsiz bəyanatla çıxış etməsi hazırda qonşu qurumun daxilində yaranmış gərgin ictimai-siyasi və sosial partlayış həddinə qədər yüksələn xalq etirazlarının artması fonunda təsadüfi sayılmamalıdır. İqtisadi, hərbi, mənəvi və demoqrafik cəhətdən iflasa uğrayan, Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq layihələrdən təcrid olunaraq öz xalqını rəzil vəziyyətə salan dövlətin rəhbərliyi ermənilərin fikrini daxili xaosdan yayındırmaq məqsədilə belə çıxışlar edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG