Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

NATO Putinin dediklərini "cəfəngiyat" adlandırır


Vladimir Putin Sankt Peterburq universitetində

Vladimir Putin Sankt Peterburq universitetində

-

NATO Rusiya prezidentinin Ukrayna ordusuna Qərb alyansının "xarici legionu" deməsini "cəfəngiyat" adlandırıb. Alyansın baş katibi Jens Stoltenberg yanvarın 26-da Brüsseldə jurnalistlərə deyib ki, Ukraynadakı xarici qüvvələr rusiyalılardır.

Ondan əvvəl Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda universitet tələbələrinə bildirib ki, Ukrayna ordusu ordu deyil, xarici legion – NATO-nun xarici legionudur və məqsədi də Rusiyanı cilovlamaqdır.

Putin Ukrayna ordusunda könüllü batalyonlara işarə vuraraq deyib ki, "çoxları" səfərbərlikdən yayınıb Rusiyaya getmək istəyir. Putin söyləyib ki, Ukrayna vətəndaşları, xüsusilə də çağırış yaşında olanlar üçün Rusiyada qalma müddəti uzadıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG