Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24

ABŞ rus casuslarını ifşa etdiyini bildirir


ABŞ-ın Federal Təhlükəsizlik Bürosu Nyu-Yorkda 3 Rusiya vətəndaşından ibarət casus özəyini ifşa etdiyini bildirib.

Onlardan biri həbs edilib. İkisi isə artıq ABŞ ərazisini tərk edib.

ABŞ-ın baş prokuroru deyib ki, sözügedən şəxslər Rusiya kəşfiyyatı üçün ABŞ-la bağlı iqtisadi məlumatlar, Rusiyaya qarşı sanksiyalar haqqında bilgilər toplayırmışlar.

Həbs edilən Yevgeni Buryakov tezliklə məhkəmə qarşısına çıxarılacaq. Ölkəni tərk etmiş İgor Sporishev və Viktor Podobniy isə "diplomatik toxunulmazlıq hüququna malik imişlər".

Buryakov Rusiyanın "Vnesheconombank"ının Manhettendəki filialında çalışıb. ABŞ-a sıravi vətəndaş kimi gəlib.

ABŞ-dakı rus səfirliyi "casusluq ittihamı"nı hələ ki şərh etməyib. Amma Buryakovun həbsi ilə bağlı məsələni araşdırdığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG