Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:02

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir


İlham Əliyev

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.

Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG