Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Daşkəsəndə holland pendiri istehsal olunacaq


Azərbaycanın Qərb regionunda ilk dəfə müasir avadanlıqla təchiz olunmuş süd emalı zavodu işə salınıb. Avropa Şurasının maliyyə dəstəyilə Gənubi Qafqaz ölkələrində həyata keçirilən və dağ regionlarının iqtisadi-sosial inkişafına yönələn «Lider+» layihəsi çərçivəsində qurulan bu müəssisə Daşkəsəndə fəaliyyətə başlayıb.


Layihənin təşkilatçılarından biri olan Gəncə Biznes Qrupun direktor müavini Arif Cahangirovun sözlərinə görə, müəssisəyə 140 min avro məbləğində başa gələn texniki avadanlıq İtaliyadan gətirilib: «Zavodda yerli süd məhsullarıyla yanaşı, holland pendiri və İtaliya şoru da hazırlanacaq». Müəssisənin gündə 5 ton süd qəbul etmək imkanı var. Hələlik məhsulun daxili bazarda satışı nəzərdə tutulub.


Cənab Cahangirovun sözlərinə görə, bu layihə müsbət nəticə verərsə, Avropa Şurasının Daşkəsəndə dağ turizminin inkişafı üçün digər layihələri də həyata keçirməsi gözlənir.


«Lider+» laiyhəsi çərçivəsində Ermənistan və Gürcüstanda da oxşar layihələrin icrasına başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG