Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20

Vaşinqtonda Ağ evin ərazisinə pilotsuz aparat düşüb.

ABŞ-ın təhlükəsizlik xidmətinin məlumatına görə hadisə yanvarın 26-da səhər saatlarında baş verib.

Onun təxminən 60 sm-lik dördkünc aparat olduğu bildirilir.

Barack və Michelle Obama Hindistana səfə getdiklərindən hadisə vaxtı evdə olmayıblar.

Onların 2 qızı və nənənin isə hadisə vaxtı evdə olub-olmamaları bəlli deyil.

Ərazi dərhal nəzarətə götürülüb və təhlükə olmadığı bildirilir.

Araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG