Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:17

“III Riçard” təqdim edildi


"III Richard"-dan görüntü
"III Richard"-dan görüntü

Yanvarın 25-də Dövlət Gənc Tamaşaçılar Teatrında "III Riçard"-ın ilin ilk premyerası baş tutub.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, William Shakespeare-in “III Riçard” tarixi pyesi əsasında hazırlanmış eyniadlı tamaşa dahi dramaturqun anadan olmasının 450 illiyinə həsr olunub.

Uzun illər Azərbaycan teatrında səhnələşdirilməyən tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Əsas obrazları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Təhminə Məmmədova, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov və başqaları ifa ediblər.

"III Richard"-dan görüntü
"III Richard"-dan görüntü

XS
SM
MD
LG