Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:20

Hosni Mubarakın oğulları azadlığa çıxıb


Alaa və Gamal Mubarak
Alaa və Gamal Mubarak

Keçmiş Misir prezidenti Hosni Mubarakın 2 oğlu bazar ertəsi həbsdən azad olunublar.

Agentliklərin məlumatına görə, Alaa və Gamal Mubarak yanvarın 26-da Qahirə ətrafındakı Torah həbsxanasından azadlığa buraxılıqblar.

Məhkəmə ötən həftə korrupsiya ilə bağlı təkrar prosesədək onların azadlığa buraxılması barədə qərar çıxarıb.

Söhbət indi məxfi məlumatların ötürülməsindən gedir.

Qalan ittihamlar isə onların üzərindən götürülüb.

86 yaşlı Hosni Mubarak 2011-ci ilin fevralında ölkədə baş verən çevrilişdən sonra hakimiyyətdən kənarlaşdırılıb.

O hazırda Qahirə ətrafındakı hərbi hospitaldadır.

Ölkədə qiyamın 4-cü il dönümü qeyd olunur.

Ötən bazar Misirdə indiki hakimiyyətə qarşı keçirilən aksiyalarda polislə nümayişçilər arasında baş verən toqquşmalarda azı 15 nəfər ölüb.

Aksiyaçıların əksəriyyəti 2013-cü ildə hakimiyyətdən kənarlaşdırılan islamçı prezident Muhammad Morsinin tərəfdarları olub.

XS
SM
MD
LG