Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Yunanıstanda parlament seçkilərini udan solçu “Siriza” partiyasının lideri Alexis Tsipras baş nazir kimi and içib.

“Siriza” partiyası sağçı “Müstəqil yunanlar” partiyası ilə koalision hökumət yaratmaq barədə razılıq əldə edib.

Seçkinin ilkin nəticələrinə görə, Siriza partiyası 300 yerlik parlamentdə 149, “Müstəqil yunanlar” partiyası isə 13 mandat qazanıb.

Bu partiyalar ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının şərtləri ilə razı deyillər.Ölkə bunun əvəzində sərt iqtisadi tədbirlər həyata keçirməlidir.

Yunanıstan hazırda kəskin büdcə kəsiri, ağır iqtisadi böhran dövrünü yaşayır.Ölkəyə ayrılan beynəlxalq maliyyə yardımının verilməsi yeni hökumət yaradılanadək dayandırılıb.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ölkəsinin istənilən yeni Yunanıstan hökuməti ilə əməkdaşlığın davam etdirələcəyini bildirib.

Səs

Günün bütün mövzuları

XS
SM
MD
LG