Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:58

Ukrayna separatçıları Minsk razılaşmasından çıxıb


Foto arxiv
Foto arxiv

Ukraynanın şərqindəki rusiyapərəst separatçılar atəşkəs və sülhlə bağlı Minsk razılaşmasından çıxdıqlarını bəyan ediblər.

Bunu özünü Donetsk Xalq Respublikası adlandıran separatçı regionun hərbi liderinin müavini Eduard Basurin yanvarın 26-da keçirdiyi mətbuat konfransında deyib:

"Minsk razılaşması artıq mövcud deyil. Bəli ola bilsin ki, başqa razılaşmalar da ola bilər və yenə də elə Minskdə, ama bu başqa danışıqlar, başqa şərtlər olacaq".

Son günlər Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Yanvarın 26-da Kiyev və Litvanın təşəbbüsü ilə BMT-nin təhlükəsizlik şurasında Ukraynanın şərqindəki böhran müzakirə olunacaq.

XS
SM
MD
LG