Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11

Azərbaycanda insan haqlarının durumuna Avropa Şurasından gözlənən ümidlər


.

Avropa Şurasının binası

Avropa Şurasının binası

AŞ PA-NIN TOPLANTISINDAN BAKIDA NƏ GÖZLƏYİRLƏR?
“musavat.com” bu gün başlayan Avropa Şurası Parlament Assambleyasının qış sessiyasından bəhs edir.

Politoloq Natiq Miri məsələ ilə bağlı sayta bildirib ki, sessiyada Azərbaycanla bağlı müzakirələr ehtimal edilsə də, sərt qərarlar gözlənilən deyil:

- Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin müzakirə obyektinə çevrilməsi bu gün Qərbdə, xüsusilə Avropa məkanında müzakirə olunur. Və son Avropa Parlamenti səviyyəsində səsləndirilən bəyanatlardan da hiss olunur ki, belə bir narahatçılıq var və bunun Avropa Şurasında, qurumun Parlament Assambleyasında müzakirə olunması imkanları qalır. Ancaq bu müzakirə yenə də sadəcə olaraq növbəti dəfə tövsiyə xarakterli olacaq və müzakirə kimi da qalacaq.

Bundan ötən hərəkətlərin, konkret sanksiyaların tətbiq olunması və yaxud da Azərbaycanın səsvermə hüququnun əlindən alınması kimi məsələlərə qədər problemin uzanacağını gözləmirəm. Çünki hiss olunur ki, Qərb dünyası indiki şəraitdə Azərbaycanla münasibətləri yenidən tənzimləmək istəyir.

Azərbaycan prezidentinin son Almaniya səfəri də Avropa Birliyinin strateji güclü dövləti olan Almaniyanın Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağı da, münasibətlərin yenidən müsbət saldoya tənzimlənməsi, o səviyyəyə salınması göstərdi ki, bəli, Azərbaycanı birmənalı olaraq Avropadan küsdürmək istəmirlər.

Arxiv fotosu: Prezident İlham Əliyev Avropa Şurasında çıxış edərkən. 24 iyun 2014

Arxiv fotosu: Prezident İlham Əliyev Avropa Şurasında çıxış edərkən. 24 iyun 2014

PARLAMENTİN QƏZETİ AZƏRBAYCANIN AVROPA ŞURASI MƏKANINDAKI ÖNƏMİNİ VURĞULAYIR

“Azərbaycan” qəzeti bazar buraxılşında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsindən 14 il ötdüyünü yada salır.

Qəzet yazır ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur:

- Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir.

Cənab İlham Əliyevin yürütdüyü praqmatik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG