Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:21

WP: «Azərbaycandan tutmuş Səudiyyə Ərəbistanınadək...»


Barack Obama (arxiv fotosu)

Barack Obama (arxiv fotosu)

-

26 yanvar media icmalında oxu

«Prezident Barack Obama terrorçuluqla mübarizədə öz strategiyasında büdrədiyi bir vaxtda, Birləşmiş Ştatlar daha öncəki, baş tutmamış yanaşmaya qayıdır: çirkin işi görmək üçün diktarorlara bel bağlayır». Bunu Fred Hiatt «Washington Post»-da yazır.

«Obamanın bu köhnə fikrə təslim olmasının sonuncu kədərli misalına baxaq –administrasiyası siqnallar göndərir ki, Birləşmiş Ştatlar daha Bashar al-Assad-ın Suriya rəhbərliyindən getməsində israr etməyəcək».

«Assad yeni əsrin ən qansız qəssabıdır, ancaq o, Birləşmiş Ştatların diktatorlara yeni sevgisinin tək misalı deyil. Misirin yeni diktatoru, Hosni Mubarak-ın ağlından keçmədiyi qəddarlıqla opponentlərini öldürür, həbsə atdırır. Ancaq Dövlət Departamenti onunla yeni tərəfdaşlığa can atır,» müəllif yazır.

Fred Hiatt daha sonra Bəhreyn, Özbəkistanda insan haqlarının kobud pozuntularına baxmayaraq ABŞ Administrasiyasının bu ölkələrlə işbirliyindən yazır. Məsələn, Özbəkistana zirehli texnika satılıb.

Azərbaycandan tutmuş Obamanın çərşənbə axşamı gedəcəyi Səudiyyə Ərəbistanınadək, Birləşmiş Ştatlar bəzi əsas atributları paylaşan diktatorlarla xoş davranır. Onlar islamçı ekstremizlə savaşın vacibliyi barədə Birləşmiş Ştatlarla razılaşırlar...

«Azərbaycandan tutmuş Obamanın çərşənbə axşamı gedəcəyi Səudiyyə Ərəbistanınadək, Birləşmiş Ştatlar bəzi əsas atributları paylaşan diktatorlarla xoş davranır. Onlar islamçı ekstremizlə savaşın vacibliyi barədə Birləşmiş Ştatlarla razılaşırlar. Eyni zamanda qeyri-zorakı opponentlərini təqib edirlər – dünyəvi, liberal tənqidçilərinə qarşı lap qəddardılar. Mötədil qüvvələri məhv edərək özlərini dini fundamentalizmə yeganə alternativ kimi təqdim edirlər,» yazan müəllif diktarorların hərəkətlərinin getdikcə daha çox problem yaratdığını vurğulayır.

Fred Hiatt ABŞ-ın ekstremizlə mübarizədə işğalı deyil, mötədil qüvvələrlə tərəfdaşlıq yolunu seçməyinin vacibliyini qeyd edir.

ABŞ hərbçiləri Əfqanıstanda

ABŞ hərbçiləri Əfqanıstanda

​«Təəssüf ki, Obama bu strategiyanı elə də ətə-qana gətirməyib. O, Liviya diktatorunu devirəndən sonra ölkədən çıxdı. İraqdan bütün müşavirlərini geri çəkdi və Əfqanıstanda da belə edəcəyini deyir... Suriya mötədillərinə yardım dörd ildir vəd olunur, ancaq görünmür. Obama ölkə boyu çıxışlarında «əsgərlərimizin evə dönməsi» ilə öyünür».

«Bu, indiki məqamda doğrudur. Ancaq İraqa 3 min əsgərin yenidən göndərilməsinə könülsüz yanaşma göstərir ki, terrorçular irəlilədikcə, bu reallıq dəyişəcək. Yaxın Şərq avtoritar şəri ilə tərəfdaşlıq sonucda bu irəliləyişi yalnız alovlandıracaq».

CƏNUBİ OSETİYA NÖVBƏTİ KRIMDIR

«The Moscow Times»-da Thomas Frear yazır ki, Rusiyanın ötən ilin martında Krımı anneksiya etməsi Soyuq Müharibədən sonrakı dünya düzəninə şok yaratdı. «Ancaq Krım yarımadasından bir neçə yük kilometr şərqə doğru daha bir regionun Rusiya Federasiyasına anneksiyasına dair hüquqi proses gedir,» müəllif qeyd edir.

Ukrayna sərhəddindəki rus əsgəri

Ukrayna sərhəddindəki rus əsgəri

Rusiya Federasiyasının Şimali Osetiya regionu ilə Gürcüstanın bir hissəsi olan Cənubi Osetiya arasında Osetiya birliyinin yarana biləcəyi hələ Sovet İttifaqı dağılandan sonra Qafqazda əsas narahatlıq mövzusu olub. Müəllifin fikrincə, Rusiya və Cənubi Osetiya arasında «Alyans və İnteqrasiya Sazişi»nin bu ayın sonunda qüvvəyə minməsi ilə əslində belə bir birlik də dolayısı ilə təsdiqlənmiş olur.

Həmin sazişə görə, Cənubi Osetiyanın silahlı qüvvələri və digər təhlükəsizlik agentliləri Rusiyanın müvafiq orqanlarının bir hissəsinə çevrilir; Rusiya və Cənubi Osetiya arasında nəzarət və gömrük məntəqələri ləğv olunur; əcnəbilərə olan qadağalar Cənubi Osetiyada olan Rusiya vətəndaşlarına aid edilmir; büdcə işçilərinin maaşı Şimali Qafqaz Federal Rayonu ilə bərabərləşdirilir, Rusiyadan əlavə vəsait də ayrılır; Cənubi Osetiya məktəblərində kurrikulum Rusiya ilə eyniləşdirilir.

Saziş qüvvəyə minirsə, Cənubi Osetiya özünün hərbi, polis, sərhəd nəzarəti, ədliyyə və təhsil sistemi üzərində nəzarəti itirəcək. Müəllifin fikrincə, Rusiyanın nəzarətinin qanuna çevrilməsi çox ciddi məsələdir. "Reallıq budur ki, nə Qərbin, nə də Gürcüstanın bu prosesə təsir etmək mexanizmləri yoxdur... Rusiyanın Krımı anneksiya etməsi bu məsələlərə daha çox diqqət ayırıb, ancaq görünən odur ki, Cənubi Osetiya üçün çox gecdir".

TÜRKİYƏDƏ FACEBOOK BAĞLANA BİLƏR...

Facebook loqosu

Facebook loqosu

Bazar günü Türkiyə məhkəməsi Məhəmməd Peyğəmbəri təhqir edən materiallar paylaşan Facebook səhifələrinin bağlanmasına dair qərar çıxarıb. Məhkəmənin qərarına görə, Facebook qərarı yerinə yetirməsə, Türkiyədə blok olunacaq. Qərar telekommunikasiya və rabitə qurumunun prezidentliyinə təqdim olunub.

Öncə Diyarbəkir məhkəməsi Məhəmməd Peyğəmbərin karikaturasını dərc etmiş Charlie Hebdo jurnalını üz qabığını yayan veb səhifələrin bağlanması qərarını çıxarıb.

Yanvarın 7-də Charlie Hebdo jurnalının redaksiyasına hücumda 12 nəfər öldürülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG