Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:22

Syriza lideri Yunanıstanın "fəlakətli qənaətcilliyi geridə qoyduğunu" deyir


Syriza lideri Alexis Tsipras
Syriza lideri Alexis Tsipras

-

Yunanıstanın ifrat solçu Syriza partiyasının lideri 25 yanvar seçkilərində qələbəsindən sonra deyir ki, ölkəsi " fəlakətli qənaətcilliyi geridə qoyur".

Alexis Tsipras Syriza tərəfdarları qarşısında çıxış edib. İlkin seçkilər onun partiyasının səslərin 36, baş nazir Antonis Samaras-ın mühafizəkarlar partiyasının isə 28 faiz topladığını göstərib.

Tsipras deyib ki, xalqın verdiyi qərar "Troykanın işinin bitdiyini" göstərir. O, Yunanıstanın beynəlxalq kreditorlarını– Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropanın Mərkəzi Bankını nəzərdə tutub. Solçu lider borcların ödənməsi üçün Yunanıstanın beynəlxalq kreditorlarla "real" razılaşma üzərində işləyəcəyini deyib.

Tsipras Yunanıstanın 318 milyard avroluq (357 milyard dollar) borcu üzrə yenidən danışıqlar aparmaq istəyir. O, əhalinin narazılığına səbəb olmuş qənaətcillik tədbirlərinə son qoyacağına söz verib. Bu tədbirlər beynəlxalq subsidiya razılaşması ilə əlaqələndirilir.

Yunanıstanda işsizlik 25 faizə yaxındır, 2008-ci ildə avrozonada böhran başlanandan iqtisadiyyatı 15 faiz düşüb.

XS
SM
MD
LG