Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16

-

Misirdə iğtişaşlarda azı 15 nəfər həlak olub. Yanvarın 25-də ölkədə 2011-ci il inqilabının dördüncü ildönümü keçirilirdi.

Dövlət mediasının məlumatına görə, polislə etirazçılar arasında toqquşmalarda ölənlərdən 9-u dinc sakinlərdir.

Daxili İşlər Nazirliyi bir polis zabitinin öldürüldüyünü bildirir. O, Qahirənin şimalında bir neçə nümayişçisinin də həlak olduğu toqquşmalarda ölüb. Həmin polisin 11 nəfərin içində olub-olmadığı bəlli deyil.

Qahirənin mərkəzində polis yüzlərlə etirazçını zorakılıqla dağıdıb. Onlar inqilabın mərkəzi olmuş Təhrir Meydanına doğru irəliləməyə çalışırmışlar.

İslamçılar prezidenti Abdel-Fattah el-Sissi-nin hakimiyyətinə qarşı çıxır.

2011-ci il inqilabı prezident Hosni Mubarak-i devirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG