Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Angela Merkel Putini Ukraynadakı zorakılığın qarşısını almağa çağırdı


Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel Mariupolun atəşə tutulmasını “sülh sazişinin aşkar və əsassız pozulması” adlandırıb.

Ötən gecə Almaniya başçısı Ukrayna və Rusiya prezidentləri ilə ayrıca telefon söhbətlərində olub.

Kansler Rusiya prezidenti Vladimir Putini Ukraynada zorakılığın şiddətlənməsinin qarşısını almağa çağırıb.

Fransa prezidenti Francois Hollande da Putinə eyni tələblə müraciət edib.

Bundan başqa Holande Ukrayna prezidenti Poroshenko və Avropa Şurasının rəhbəri Donald Tuskla danışıqlar aparıb.

Francois Hollande bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Vladimir Putinlə ayrıca söhbət aparacaq.

ATƏT Mariupolun separatçılar tərəfindən atəşə tutulduğunu təsdiq etsə də, qiyamçılar bunu danırlar.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogherini deyib ki, Avropanın xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu cümə axşamı bir araya gələcəklər.

XS
SM
MD
LG