Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:39

Övladlığa götürülmə qaydaları sərtləşdirildi


Övladlığa götürmək üçün məhkəməyə ərizə ilə müraciət edilməlidir
Övladlığa götürmək üçün məhkəməyə ərizə ilə müraciət edilməlidir

Milli Məclis başqa ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan uşaqlarını övladlığa götürməsi qaydalarını sərtləşdirdi. Oktyabrın 20-də «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna edilən əlavəyə görə, bundan sonra əcnəbilər Azərbaycan vətəndaşı olan uşağı ölkədən aparmaq üçün uşağın övladlığa götürülməsi barədə məhkəmənin qərarını və övladlığa götürülmə haqqında şəhadətnamə təqdim etməlidirlər.


2004-cü ildə Azərbaycanda uşaq alverində təqsirli bilinən 6 həkim məsuliyyətə cəlb olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər

Mülki Prosessual Qanunvericiliyə edilən əlavəyə görə isə uşaq övladlığa götürmək üçün onun yaşadığı yerin məhkəməsinə ərizə ilə müraciət edilməlidir. Məhkəmə isə ilk növbədə həmin uşağın yaxın qohumlarının onu övladlığa götürməsinin qeyri mümkün olması, eləcə də övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmasını sübut edən sənədlər tələb edir. Əcnəbilər eyni zamanda məhkəməyə övladlığa uşaq götürməklə bağlı öz dövlətlərinin səlahiyyətli orqanlarından aldığı müvafiq sənədləri təqdim etməlidirlər.


Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynovun fikrincə, bütün bunlar əcnəbilər tərəfindən övladlığa götürülən Azərbaycan uşağının gələcək taleyinin mühüm məqamlarının məhkəmədə araşdırılmasına xidmət edir.


2004-cü ildə ölkədə Azərbaycan vətəndaşı olan uşaqların qeyri-qanuni olaraq əcnəbilərə satılması və onların əksəriyyətinin sonrakı taleyinin məlum olması ilə bağlı qalmaqal yaranmışdı. Bu məsələ ilə əlaqədar uşaq alverində təqsirli bilinən 6 həkim məsuliyyətə cəlb olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.


Elə həmin il martın 11-də uzun müzakirələrdən sonra Milli Məclis 5 maddədə əlavə və dəyişikliklər etməklə Beynəlxalq Övladlığagötürmə Konvensiyasına qoşulmaq haqda sənədi təsdiqlədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG