Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

-

Türkiyə prezidenti Recep Tayyip Erdogan bildirib ki, onun ölkəsi Avropa Birliyinə daxil olmaq marağını itirib.

Şənbə günü keçirdiyi mətbuat konfransında o bəyan edib ki, əgər Avropa Birliyi Türkiyəni öz üzvü kimi görməyə razılaşsa, Türkiyə "yox" deməyəcək:

"Amma əgər siz hələ də Türkiyənin Avropa Birliyinin qapısını döydüyünü düşünürsünüzsə, bu belə deyil.

Türkiyə heç kimə yalvarmaq fikrində deyil. Əgər qəbul etməsələr, biz özümüzə başqa yol seçərik".

Erdogan onu da deyib ki, Türkiyə hazırda Avropa Birliyinin dəyərlərini götür-qoy edir.

Aydınlaşdırmaq istəyir ki, Avropa Birliyi demokratik sistemdir, yoxsa xristian klubu.

Dekabrın ortalarında Erdogan Avropa Birliyini sərt tənqid etmişdi.

O zaman "anti milli qüvvələr"lə əlaqədə şübhəli bilinən 20-dək şəxsin, o cümlədən jurnalistin həbsini pisləyən Avropa Birliyini tənqid edən prezident demişdi ki, heç kəs Türkiyəyə demokratiya dərsi keçməməlidir:

"Türkiyə özü avropalılara demokratiya dərsi keçməyə qadirdir".

Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqlar 2005-ci ildə başlanıb.

Amma Brüssel ilə Ankara arasında Kipr məsələsi ilə bağlı ciddi fikirayrılıqları qalmaqdadır.

Bundan başqa bəzi avropalı siyasətçilər Türkiyədə demokratiyanın vəziyyətini, bəziləri isə Türkiyədə siyasi İslamın güclənməsini əsas gətirib Ankara ilə danışıqların qısa zamanda yekunlaşdırılmasını istəmirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG