Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:02

Yunanıstandakı parlament seçkilərinin nəticələri ölkə üçün həlledici olacaq


Yanvarın 25-də Yunanıstanda parlament seçkiləri keçirilir.

Müxalifətdəki solçu "Syriza" Partiyası seçkini udmağa daha şanslı sayılır.

Partiya Yunanıstanın xarici borcunun bir hissəsinin silinməsini və kütləvi ixtisarların dayandırılmasını tələb edir.

Yunanıstandan büdcə xərclərinin azaldılmasını Avropa Birliyi tələb edir. Yalnız bunun müqabilində Yunanıstana borc verir.

Hakim Yeni Demokratiya Partiyası isə deyir ki, bu borclar Yunanıstan iqtisadiyyatının dirçəlməsinə şərait yaradır.

Yunanıstandakı qeyri-müəyyənlik avronun məzənnəsinə mənfi təsir edir, eləcə də Yunanıstanın Avropa Birliyindən çıxa biləcəyi narahatlıqlarını artırır.

XS
SM
MD
LG