Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:37

Ukrayna müxalifəti Donbasda hərbi vəziyyət elan olunmasını tələb edir


Yulia Tymoshenko
Yulia Tymoshenko

Ukraynanın keçmiş baş naziri, "Batkivshina" Partiyasının rəhbəri Yulia Timoshenko və Radikal Partiyanın sədri Oleg Lyashko eyni bəyanatla çıxış ediblər.

Onlar Luhansk və Donetsk vilayətləri ərazisində hərbi vəziyyət elan olunmasını tələb edirlər.

Lyashko bildirib ki, bu təkliflə bağlı parlamentin fraksiya rəhbərlərinin prezident Poroshenko ilə görüşünün təşkilinə çalışacaq.

Donbas bölgəsindəki Mariupol şəhərinin atəşə tutulması nəticəsində 30 adam ölüb, 100-dən çox insan yaralanıb.

Ukrayna separatçıları dinc əhaliyə divan tutmaqda ittiham edir. Separatçılar ittihamı qəbul etmir.

XS
SM
MD
LG