Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Dilqəm Əsgərovun göndərdiyi məktub ailəsinə çatdırılıb


Dilaqəm Əsgərov saxlanarkən. 27 iyul 2014
Dilaqəm Əsgərov saxlanarkən. 27 iyul 2014

Qarabağda erməni rejiminin əsir saxladığı azərbaycanlı Dilqəm Əsgərovun göndərdiyi məktub ailəsinə çatdırılıb. Məktub Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilib.

Bunu ANS-ə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib.

Onun sözlərinə görə, məktubunda qardaşı yazır ki, onu müayinə etmək üçün Gürcüstandan həkimlərin dəvət edilib. Dilqəm Əsgərov həmçinin qardaşına bildirib ki, məktublarında hər şeyi açıq qeyd etməsin, çünki məktubun çox yerləri onsuz da qaralanır, oxunmaz hala salınır.

Dilqəm Əsgərovun yaxınları bundan əvvəl də onunla yazışmalarında məktubların pozulmasından şikayətlənmişdi. Beynəlxalq Qırmızı Xaç Komitəsindən bununla bağlı bildirmişdilər ki, onlar yalnız neytral vasitəçilərdir, bu cür məsələlərə qarışa bilməzlər.

Yaxınları həmçinin Dilqəm Əsgərovun səhhətindən də narahatdılar və Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərinin yoxmalarını formal hesab edirlər.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bu ilin iyulunda Azərbaycanın işal altında olan Kəlbəcər rayonuna səfər ediblər. Onlar rayonda olan ata-babalarının məzarını ziyarət etmək istədiklərini bildirirlər.

Səfər zamanı Həsən Həsənov rayonu nəzarətdə saxlayan erməni qüvvələri tərəfindən öldürülüb, Dilqəm Əsgərovla Şahbaz Quliyev isə ələ keçib.

Qarabağdakı erməni rejimi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyev isə qətləd ittiham edərək 22 il azadlıqdan məhrum edib.

Həsən Həsənovun meyiti isə uzun danışıqlardan sonra Azərbaycan tərəfə verilib.

XS
SM
MD
LG