Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:28

Khamenei Qərb gənclərinə islamı öyrətmək istəyir


İranın ali dini lideri Ayatollah Ali Khamenei

İranın ali dini lideri Ayatollah Ali Khamenei

.

İranın ali dini lideri Ayatollah Ali Khamenei Avropadakı və Şimali Amerikadakı gəncləri çağırıb ki, İslamı yaxşı öyrənin, amma Qərb mediası əsasında yox.
Yanvarın 21-də dərc olunan bu qeyri-adi məktubda Khamenei bildirib ki, Fransada və başqa Qərb ölkərində baş verən oxşar hadisələrlə bağlı Qərbdə yaşayan gənclərə birbaşa müraciət etmək qərarına gəlib.

Khamenei yazır, gənclərə ona görə müraciət edir ki, ölkəsinin və xalqının gələcəyi onların əlindədir. İranın ali dini liderinin məktubu ingilis, fransız, alman və digər dillərdə onun saytında yayımlanıb.

Khamnei qeyd edir ki, İslamla bağlı həqiqətlər Qərbdə təhrif olunub. Onun sözlərinə görə, Qərb gəncləri İslamı ilkin mənbələrdən: "Quran" və Məhəmməd Peyğəmbərin həyatından öyrənməlidirlər.

ABŞ-a və Qərb ölkələrinə ürək qızdırmayan Khamnei-nin sözlərinə görə, “son 20 ildə, demək olar, Sovet İttifaqı dağılandan bəri bu böyük dinin dəhşətli düşmən” kimi təqdimatına çox cəhdlər edilib.

Məktubunda İranın dini lideri Qərb mediasında İslamın təsviri ilə bağlı oxucularına sual da ünvanlayır:

“Niyə super güclər istəyir ki, İslam fikirləri gizli və kənar qalsın? İslamın hansı konsepsiyası və dəyərləri super güclərin proqramlarını pozur və İslam təsvirlərinin təhrifinin kölgəsində hansı maraqlar müdafiə olunur?”

Rəsmi ideologiyanı qəbul etməsi üçün vətəndaşlarını təzyiq altda saxlayan bir ölkənin lideri olan Khamenei yazır ki, Qərb gənclərinin onun, ya da İslamı oxumuş digərlərinin dediklərinə üstünlük vermələrini təkid edir:

“Mən nə demək istəyirəm: Müasir dünyadakı dinamik və effektiv reallıqların sizə qərəzli və önyarğılı təqdim edilməsinə icazə verməyin. İcazə verməyin ki, özlərinin yaratdıqları terroristləri sizə İslam dininin təmsilçiləri kimi təqdim etməsinlər”.

Beynəlxalq Sülh üçün Karnegi Fondunun (Carnegie Endowment for International Peace) İran analizləri qrupunun rəhbəri Karim Sadjadpour isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu məktub İran liderinin “hüdudsuz əminliyi, qəti dünyagörüşü və qurban kompleksini” nümayiş etdirir:

- Onun 75 yaşı var və sonuncu dəfə İrandan 1987-ci ildə çıxıb, hələ də hesab edir ki, Şimali Amerikadakı və Qərbi Avropadakı gənclərin qayğılarını bilir.

Məktub İranın dövlət mediasında və sosial şəbəkədə geniş yayılıb. Məktubun fars dilindəki versiyası Google Plus-da Khamenei.ir hesabında yerləşdirilib. Burda Khamenei-ni “əla”, “maarifləndirici” məktuba görə tərifləyən onlarla şərh yazılıb.

Şərhlərin bəzilərində yazılır:

- Bu hadisələrin arxasında duranlar istəməz ki, bu mesaj Avropa və Amerikadakı adamlara çatsın.
- Həyatım liderə qurban olsun.

Amma arada tənqidi şərhlərə də rast gəlinir, məsələn, bunun kimi:

- Görünür, Khamenei inanır ki, onun idarə etdiyi ölkə kimi Qərbdə də gənclərin "Quran"ı və İslam tarixinə aid kitabları oxumaması üçün intelektual veb-saytlar süzgəcdən keçirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG