Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:49

Volkswagen 80 min Audi-ni satışdan geri çağırır


Audi A6 markalı avtomobil.
Audi A6 markalı avtomobil.

Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG lüks dizaynlı 80 min Audi avtomobilini satış şəbəkəsindən geri çağırıb.

Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.

Şirkət bildirib ki, geri çağırılan avtomobillərin 35 mini Çinə göndərilibmiş. Çin dünyada Audi-nin ən böyük alıcısıdır.

Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur.

Çinin rəsmi Xinhua agentliyi xəbər verir ki, Çinin Volkswagen-lə birgə müəssisəsi olan China FAW-Volkswagen Automotive Co Ltd Audi,A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.

XS
SM
MD
LG