Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

ABŞ kəşfiyyatı Litvinenko-nun ölümünü Kremlə bağlayır


Aleksandr Litvinenko

Aleksandr Litvinenko

-

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) Rusiyanın keçmiş casusu Aleksandr Litvinenko-nun qətlində əsas şübhəlilərin danışıqlarının izinə düşüb. Bu danışıqlar Litvinenko-nun zəhərlənməsinin Rusiya hökumətinə bağlılığını üzə çıxarıb. Bunu Britaniyanın The Telegraph qəzeti yanvarın 24-də yazıb.

Məlumata görə, NSA London və Moskvada əsas şəxslər arasında elektron kommunikasiyanı əldə edib. Kommunikasiya keçmiş casusun Londonun mərkəzində radioaktiv materialla zəhərləndiyi vaxta aiddir".

Qəzet yazır ki, dəlil Britaniya hakimiyyətinə təqdim olunub, ancaq məhkəmə tərəfindən qəbul olunmayacaq.

Litvinenkonun xanımı Marina NSA-ya müraciət edərək sübutun açıqlanmasını və hakimə təqdim olunmasını istəyib. Yanvarın 27-də London Ali Məhkəməsində 9 həftəlik istintaq başlanır.

Rusiyanın keçmiş casusu Litvinenko Britaniyanın Mİ6 kəşfiyyat idarəsi üçün işləməyə başlayandan sonra, 2006-cı ildə Londonda oteldə çayla zəhərlənib. Çayına radioaktiv maddə qatılıb. Litvinenko ölümündən qabaq Rusiya prezidenti Vladimir Putini onu zəhərlədiyinə görə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG