Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

-

Ukraynanın cənubşərqində hökumətin nəzarətində olan Mariupol liman şəhərinə yanvarın 24-də Qrad raketləri atılıb. Rəsmilər bunu rusiyapərəst separatçıların hücumu sayırlar.

Mariupol şəhər meri deyib ki, azı 10 nəfər həlak olub. Son günlər bu ərazini separatçılar intensiv atəşə tutur. Mariupolu qoruyan Azov könüllü alayı bildirib ki, raket zərbələrindən "xeyli" adam yaralanıb.

Separatçılar yanvarın 24-də bəyan edib ki, Donetsk ətrafında kəndləri tutublar və hökumət qüvvələri geri çəkilir. Şənbə günü Ukraynanın şərqində bir neçə yerdə ağır atışma olub. Bir gün öncə separatçı lideri Aleksandr Zakharchenko elan edib ki, yaraqlılar Donetsk regionunu bütünlükdə ələ keçirməyi hədəfləyir.

Zakharchenko-nun sözlərinə görə, separatçılar "atəşkəs barədə danışıqlara cəhd göstərməyəcək".

Doqquz aydır davam edən münaqişədə 5 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG