Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34

Azərbaycan 31 vətəndaşının əsir olduğunu guman edir


Arxiv fotosu: Beynəlxalq Qırğızı Xaç Komitəsinin himayəsi Ermənistan tərəfi Azərbaycan vətəndaşı Eldar Tağıyevi Azərbaycana qaytarır. 4 noyabr 2010

Arxiv fotosu: Beynəlxalq Qırğızı Xaç Komitəsinin himayəsi Ermənistan tərəfi Azərbaycan vətəndaşı Eldar Tağıyevi Azərbaycana qaytarır. 4 noyabr 2010

.

"Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin işğal altındakı ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşib".

Bunu barədə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Firudin Sadıqov deyib. APA agentliyinin yanvarın 24-də yaydığı xəbərə görə Komissiya keçən il görülən işlərlə bağlı toplantı keçirib.

Toplantıda verilən məlumata görə ötən bir il ərzində Ermənistan tərəfə əsir düşənlərdən bir nəfər ailəsinə qaytarılıb, bir nəfər 3-cü ölkəyə göndərilib. Minaya düşən iki Azərbaycan vətəndaşının meyiti ailəsinə təhvil verilib.

Hesabatda bildirilir ki, 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı müzakirələr gedir. Ermənistanın bu faktı inkar etdiyinə görə, meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.

Hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib.

Komitənin araşdırmalarından sonra daha 11 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkarlanıb.

Onlar barəsində axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib.

2014-cü il dekabrın 10-a olan məlumata görə, 4 009 nəfər itkin düşmüş, 1 428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Beləliklə, yekun olaraq Azərbaycan hələlik Qarabağ münaqişəsi dövründə itkin düşmüş, amma hələ də qarşı tərəfin əlində sağ olduğu ehtimal olunan 31 vətəndaşını axtarır.

Ermənistan da Qarabağ münaqişəsi dövründən bəri 400-dən artıq vətəndaşının itkin düşdüyünü iddia edir. Bununla bağlı Ermənistan hətta iyunun 29-nu "İtkinlər Günü" elan edib.

Amma Azərbaycanda hər Yerevanın bu iddialarını rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG