Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

.

Qazaxıstanın Baş Prokurorluğu yanvarın 23-də bəyan edib ki, keçən bir il ərzində “ektremist məzmunlu” 700-dən çox internet saytı aşkar edib.

Prokurorluğun yaydığı xəbərdə deyilir ki, dini ekstremizm və terrorizmlə mübarizə idarəsinin əməkdaşları 2014-cü il ərzində ümumilikdə 100 000 saytı nəzərdən keçiriblər. Ekstremist mahiyyətli materiallar aşkar edilən 703 internet səhifəsinə Qazaxıstan ərazisindən girişin qadağan edilməsi üçün məhkəməyə müraciət edilib.

Qazaxıstanın Baş prokurorlu əlavə edib ki, onlar bu sahədə xüsusilə Rusiyalı həmkarları ilə sıx əlaqədə çalışırlar.

Qazaxıstan Freedom House-un hesabatlarında "Qismən Azad" ölkələr sırasında göstərilir. Təşkilatın hesabatına görə Astana keçən il internet azadlığının məhdudlaşdırılmasına dair bəzi addımlar atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG