Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Atəşkəs pozulur, erməni tərəfi itkilər haqqında məlumat yayır


Arxiv fotosu: Azərbaycan əsgəri hərbi təlimdə.
Arxiv fotosu: Azərbaycan əsgəri hərbi təlimdə.

.

Azərbaycanın Müdafiə Nazirliyindən ANS PRESS-ə bildiriblər ki, erməni silahlı bölmələri müxtəlif istiqamətlərdə iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 81 dəfə pozub.

Nazirlik Ermənistanın İcevan və Berd rayonları ərazilərindən Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub.

Eləcə də Qarabağ istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri müxtəlif istiqamətlərdən atəşə məruz qalıb.

Azərbaycan tərəfi son bir sutkada itki olmadığını bildirir.

Ermənistan tərəfdən də atəşkəsin pozulmasına dair məlumatlar var. Ermənistanın internet saytlarının xəbərinə görə son bir sutkada Ermənistanın Berd rayonu Azərbaycandan tərəfdən atəşə məruz qalıb.

Tert.am saytının məlumatına görə bu istiqamətdə gedən döyüşlərdə Ermənistan ordusunun 2 əsgəri öldürülüb, bir neçəsi də yaralanıb. Sayt Azərbaycan tərəfdən də itki olduğunu iddia edir.

Ermənistanın Müdafiə Nazirliyindən bildiriblər ki, ötən gecə qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə 86 dəfə atəşkəs pozuntusu olsa da əvvəlki günlərlə müqayisədə ötən gecə nisbətən sakit keçib.

1990-cı illərin əvvəlində qızğın müharibədən sonra erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ region və və onun ətrafında daha 7 rayonu zəbt ediblər. 1994-cü ildə tərəflər atəşkəs razılaşması əldə etsələr də tərəflər tez-tez bir-birini onu pozmaqda ittiham edirlər.

Azərbaycan israrla erməni qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edir. Hələlik tərəflər arasında sülh danışıqları da bir nəticə vermir.

Münaqişənin həllinə dair aparılan sülh danışıqlarına ABŞ, Rusiya və Fransanın sədrlik etdiyiATƏT-in Minsk Qrupu vasitəçilik edir. Minsk Qrupunun ABŞ-dan olan həmsədri James Warlick yanvarın 23-də Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib. Özünün “Twitter” hesabında yayılan müraciətində amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa və danışıqları davam etdirmək üçün lazımi tədbirlər görməyə çağırıb.

XS
SM
MD
LG