Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:07

Ayətullahlar tanışlıq xidmətlərinin işinə icazə verdilər


Tehran küçələrindən birində.

Tehran küçələrindən birində.

İranın dini hakimiyyəti ölkədə gənclərin tanışlığı üçün xidmətlərin yaradılmasına qoyulmuş qadağanı qaldırıb.

-

İranın dini hakimiyyəti ölkədə gənclərin tanışlığı üçün xidmətlərin yaradılmasına qoyulmuş qadağanı qaldırıb.

Bundan əvvəl mühafizəkar din xadimləri tanışlıq xidmətlərini “Qərbin pozğun təsirlərindən” hesab edirdilər.

Britaniyada çıxan “Times” qəzeti yazır ki, İran ayətullahlarının bu güzəştinə səbəb ölkədə demoqrafik vəziyyətin kəskin pisləşməsidir.

İNQİLABIN QADAĞAN ETDİYİ SEKS

Məqalədə deyilir ki, ağır iqtisadi sanksiyalar və iqtisadiyyatın durğunluğu şəraitində getdikcə daha az adam evlənmək qərarı verir.

Bununla belə, ölkədə nikahsız birgə yaşayanların sayı durmadan artır.

İranda nikahsız birgə yaşayış 1979-cu il İslam inqilabından sonra qadağan olunub.

“Times” yazır ki, nikahı olmayan kişi və qadın arasında hətta “platonik” münasibətlər də qanunsuz hesab edilir.

İranda nikahsız yaşamağa görə məcəllədə şallaq cəzası nəzərdə tutulub. Məktəblərdə cinsiyyət və ailə ilə bağlı dərslər keçilmir. Hamilələliyin qarşısını alan vasitələri əldə etmək son dərəcə çətindir. Bütün bunların nəticəsində zöhrəvi xəstəliklər geniş yayılıb.

İNTERNETDƏ SİĞƏ XİDMƏTİ

Məqalədə deyilir ki, bütün bunlarla yanaşı nikahsız yaşamaq istəyənlər qanunun icazə verdiyi “siğə” izdivacından istifadə edirlər, hərçənd bu şiə nikahı bir saatdan çox davam etməməlidir.

İranda indiyədək tanışlıq internet saytları qadağan olunsa da, “siğə” xidmətləri geniş yayılıb.

Bununla belə, evli kişilərin özlərinə cariyələr tapması üçün düşünülmüş siğə praktikasına görə qadına müəyyən pul ödənir. Bir sıra din xadimləri məhz buna görə “siğə”ni qanuniləşdirilmiş fahişəlik forması kimi tənqid edirlər.

“Times” yazır ki, nə şiə İranındakı qadağanlar, nə də kökləri ilə orta əsrlərə gedib çıxan başqa yasaqlar insanların seksual istəklərini buxovlaya bilməz.

Görünür, indi bünları hətta ən mühafizəkar din xadimləri də başa düşürlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG