Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Minskdə Kiyev Maydanının ildönümünü qeyd edənlər həbs olunub


Minskdə Kiyevdə Maydan hadisələrinin ildönümünü qeyd edən 5 Belarus vətəndaşı inzibarti qaydada 5 sutkadan 15 sutkayadək həbs edilib.

Onlar yanvarın 22-də Minskdə Ukrayna səfirliyinin yanında Taras Şevçenkonun abidəsi ətrafına toplaşmış kiçik aksiya dəstəsinin üzvü olublar.

Etirazçılar Ukraynanın dövlət himnini oxumuş, heç bir şüar səsləndirməmişlər.

Aksiyaçıların əllərində Maydanda həlak olmuş belarus Mixail Jiznevskinin portretləri də olub.

Xəbər verilir ki, burada aksiya iştirakçılarından 9-u mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb.

Həbs edilənlərin məhkəməsi qapalı keçirilib.

Həbs olunanların arasında kinorejissor Olqa Nikolayçik də var.

Pensiyaçı Nina Baqinskaya icazə verilməmiş aksiyada iştirak etdiyi üçün 240 dollar məbləğində cərimə olunub.

Məhkəmə dinləməsində Ukrayna səfirliyinin rəsmiləri də iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG