Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:31

Bələdiyyə üzvlüyünə keçmiş namizəd həbs olunub


.

Yanvarın 23-də Ağsu rayon Məhkəməsi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) yerli təşkilatının fəalı, son seçkilərdə bələdiyyə üzvlüyünə namizəd olmuş Ruslan Xalıqov haqqına 3 sutkalıq həbs qərarı çıxarıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən KXCP-nin sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, o yaşadığı Ərəbmehdibəyli kəndinin icra nümayəndəsini təhqir etməkdə günahlandırılıb:

“Ruslan bəy seçkidə yaşadığı kəndin bələdiyyəsinə namizəd olub. Seçki vaxtı saxtakarlıq baş verib və bu zaman kəndin icra nümayəndəsi ilə aralarına mübahisə yaranıb. Bu günlərdə icra nümayəndəsi təhqir olunması ilə bağlı polisə müraciət edib. Ruslan Xalıqov saxlanıb və məhkəməyə çıxarılıb. Məhkəmədən onun 10 sutkalıq həbsi istənsə də hakim 3 sutka verib”.

Məsələyə aydınlıq gətirmək üçün Ağsu rayon Ərəbmehdubəyli kənd icra nümayəndəliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.

Rayon Polis Şöbəsindən isə Ruslan Xaliqovun həbsi ilə bağlı AzadlıqRadiosuna məlumat vermək istəmədilər.

XS
SM
MD
LG