Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:19

“Qoşunların təmas xəttində baş verənlər ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupunun həmsədrləri və məni narahat edir”

Bunu APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprzik deyib.

O, atəşkəs pozularkən ağır silahlardan istifadə, sərhəd və təmas xəttinə müdaxilə ilə bağlı xəbərlər aldığını bildirib: “Həmin ərazilərdə tələfat barədə məlumatlar var. Mənim ofisim yanvarın 14-də təmas xəttində monitorinq aparıb. Mən şəxsən bu monitorinqdə iştirak edə bilməmişəm, çünki Vyanada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdəydim. Qayıtdıqdan sonra vəziyyəti monitorinq etmək üçün Dağlıq Qarabağ və Yerevana. Bakıya da gələcəəm. Hadisələrin gedişi ilə bağlı ATƏT sədri və Minsk həmsədrləri məlumatlandırmaqda davam edəcəm”.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib.

Erməni tərəfi itkilər verdiyini deyir.

Azərbaycan Müdafiə Nazirliyi isə heç bir itki vermədiyini və bütün cəbhə boyu vəziyyətin nəzarətdə olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG