Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Ötən ilin aprelindən Ukraynanın şərqində gedən döyüşlərdə azı 5086 adam ölüb.

Bu barədə BMT-nin insan haqları üzrə idarəsi məlumat yayıb.

Məlumata görə, təkcə bu il yanvarın 13-dən bu yana 262 adam ölüb və son 10 gündə vəziyyət daha da pisləşib.

Ukrayna ordusunun sözçüsü Andrey Lysenko isə təkcə son gün ərzində Ukraynanın şərqində 3 Ukrayna əsgərinin həlak olduğunu, təxminən 50-nin yaralandığını xəbər verir.

O həmçinin 3 əsir və 8 cəsədin alındığını deyir.

Lysenko eyni zamanda Ukrayna ordusunun bir neçə yaşayış məntəqəsini itirməsi ilə bağlı separatçıların yaydığı məlumatı rədd edib.

O Donetsk hava limanının bir hissəsinin hazırda ukrayna ordusunun nəzarətində olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG